Fransada keçiriləcək Olimpiya oyunlarına BOYKOT ÇAĞIRIŞI-PETİSİYA

 

Gələn il Fransada Beynəlxalq Olimpiya oyunlarının keçirilməsi planlaşdırılır. Lakin əksər rəylərə görə bu oyunlar ləğv oluna bilər. Çünki Fransada hazırda Makron hakimiyyətinə qarşı aksiyalar, ədalətsizliyə görə etirazlar davam edir. Bundan əlavə Makron idmana siyasəti də qatıb. Ölkədə ədalətdən, tolerantlıqdan əsər-əlamət qalmayıb. Müstəmləkəçi xisləti davam etdirilir..

Artıq Fransada Beynəlxalq Olimpiya Oyunlarının boykot edilməsi ilə əlaqədar petisiyaya başlanılıb.

Musavat.com xəbər verir ki, petisiyanı Rəsul Cəfərov başladıb. O,  “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədridir.

f0b229b6-2e17-47d2-92fe-e89af4c7f5d0_850.jpg (76 KB)

Petisiyanın mətnində bildirilir ki, Olimpiya xartiyasına görə, olimpizmin əsas məqsədi insan ləyaqətinin qorunması ilə maraqlanan dinc cəmiyyəti təşviq etmək məqsədi üçün idmanı bəşəriyyətin xidmətinə verməkdir:  “Bu məqsədə 2024-cü ilin iyulunda Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində nail olunub-olmayacağı böyük sual altındadır.

27 iyun 2023-cü il tarixində Parisdə 17 yaşlı ərəb əsilli yeniyetmənin polis tərəfindən heç bir ciddi təhlükə və ya zərurət olmadan boğazından atəş açılaraq öldürülməsi, Fransada kütləvi böhranla nəticələndi. Hadisə və onun nəticələri bir ildən sonra Paris Oyunlarına qatılmalı olan müxtəlif ölkələrdən, müxtəlif irqlərdən və müxtəlif dini inanclardan ibarət idmançıların və nümayəndə heyətlərinin təhlükəsizliyi  məsələsini gündəmə gətirib. İnsan hüquqları və ayrı-seçkilik ilə bağlı narahatlıq doğuran bir çox digər müvafiq hallar da var.

1995-ci il noyabrın 16-da Parisdə qəbul edilmiş Tolerantlıq Prinsipləri Bəyannaməsinə əsasən, tolerantlıq dünya mədəniyyətlərinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına  hörməti əsas tutur. Tolerantlıq müxtəlifliyin harmoniyasıdır. Bu, təkcə mənəvi öhdəlik deyil, həm də siyasi və hüquqi tələbdir. Uzun illər ərzində formalaşmış Olimpiya Hərəkatının prinsiplərinə oyunlar zamanı təhlükəsizliyin təmin edilməsi, tolerantlıq və insan hüquqları kimi ümumbəşəri dəyərlərə hörmət də daxildir”.

Petisiyada vurğulanır ki,  bu kontekstdə kampaniyamız hesab edir ki, 2024-cü il Olimpiya Oyunlarına cəmi 1 il qalmış rəsmi Paris yuxarıda qeyd olunan norma və prinsiplərə hörmət və mühafizə öhdəliyini bəyan etməli və Oyunların təhlükəsiz şəraitdə keçirilməsinə əlavə təminat verməlidir:

“Əks halda, 2024-cü il Paris Olimpiya Oyunlarını boykot etmək mövcud vəziyyətə ən düzgün cavab olardı.

Biz Beynəlxalq Olimpiya Komitəsini (BOK) Fransanın müvafiq dövlət qurumları qarşısında nümayəndə heyətlərinin təhlükəsizliyi, onların inanclarına, dinlərinə, idmançıların irqlərinə hörmət edilməsinin vacibliyi məsələlərini dərhal qaldırmağa  və Fransanın müvafiq dövlət qurumları qarşısında fəaliyyət planlarını ictimaiyyətə təqdim etməyə çağırırıq. Qaldırılan məsələlərə adekvat reaksiya olmadıqda, BOK Oyunların Parisdə keçirilməsi qərarını nəzərdən keçirmək üçün müvafiq prosedurlara başlamalıdır. Eyni zamanda, biz Olimpiya ailəsinin üzvləri olan milli olimpiya təşkilatlarını həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Fransa rəsmiləri qarşısında bu məsələni qaldırmağa, 2024-cü ilin iyulunda Parisdə keçiriləcək oyunların təhlükəsiz şəraitdə baş tutmasına əlavə təminat tələb etməyə çağırırıq. Şərtləri yerinə yetirilmədiyi və lazımi addımlar atılmadıqda Oyunlarda iştirakdan imtina etmək lazımdır”.

Petisiyanın sonunda bildirilir ki, bu ictimai petisiyadır, tolerantlıq və insan ləyaqətini düşünən hər kəs imzalaya bilər. Həmrəyliyinizi bildirin! Kampaniyaya qoşulun və petisiyanı imzalayın!

Petisiyanı buradan imzalaya bilərsiniz.

 

26.07.2023 11:02
1274