Fransada iğtişaşlara görə məşhur müğənninin konserti ləğv edildi

Səlahiyyətlilər iğtişaş təhlükəsi səbəbindən fransız müğənni Milen Farmerin Parisin ətrafındakı Sent-Denis qəsəbəsindəki “Stade de France” stadionunda cümə günü axşam saatlarında keçirilməsi planlaşdırılan konsertini ləğv ediblər.

Məlumata görə, qərar prefektura tərəfindən qəbul edilib.

Qeyd edək ki, dünənki etirazlar zamanı Elton Conun konsertində iştirak edən Fransa Prezidenti Emmanuel Makron iğtişaşlardan ən çox zərər çəkən kommunalarda əyləncə tədbirlərinin və kütləvi aksiyaların ləğv ediləcəyini açıqlayıb.

Mənbə: TASS

01.07.2023 00:10
605