Fransada fermerlər vergilərə etirazlarını davam etdirirlər.
Musavat.com xəbər verir ki, Fransanın ən böyük fermer həmkarlar ittifaqı yaxın həftələrdə ümummilli etiraz aksiyaları keçirməyi düşünür.
Fermerlər məhsulların xaricdən alınmasına, dizel yanacağının bahalaşmasına qarşıdırlar. Son aksiyalara yeni vilayətlər və idarələr də qoşulub. Hökumət siyasətinə etiraz olaraq fermerlər Auvergne-Rhône-Alpes bölgəsində "A7 avtomobil" yolunu, Pireney-Atlantik bölgəsindəki Bayona bölgəsində "A63" və "Aude" departamentində "A67" avtomobil yolunu bağladılar.
Afaq,
Musavat.com