Fransada da inflyasiya sürətlənib

Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 1,6 faiz artıb.

Musavat.com xəbər verir ki, məlumat Insee milli statistika idarəsinin hesabatında əksini tapıb.

Beləliklə, qiymətlərin 1,4 faiz artdığı sentyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib.

Trading Economics analitikləri oktyabr ayı üçün daha əvvəl elan olunmuş 1,5 faiz qiymət artımı göstəricisinə yenidən baxılacağını gözləmirdilər.
Aylıq əsasda qiymətlər 0,3 faiz artıb. Bu məlumatlar ilkin qiymətləndirmə və bazar gözləntiləri ilə üst-üstə düşüb. Sentyabrda qiymətlər avqust ayı ilə müqayisədə 1,3 faiz ucuzlaşmışdı.

Fransa standartlarına görə hesablanan istehlak qiymətləri oktyabr ayında illik ifadədə 1,2 faiz, aylıq müqayisədə isə 0,3 faiz artıb.

Qeyd edək ki, oktyabrda ABŞ və Almaniya başda olmaqla əksər inki.af etmiş ölkələrdə inflyasiyanın sürətlənməsi qeydə alınıb.

 

Musavat.com

15.11.2024 21:46
170