Fransada çərpələng festivalında sürücü avtomobili insanların üzərinə sürüb, yaralılar var

Fransanın şimalında çərpələng festivalında sürücü avtomobili izdihamın üzərinə sürüb, xəsarət alanlar var.

"Report" xəbər verir ki, bu barədə "20 Minutes" məlumat yayıb.

Hadisənin Berk kommunasında, Pas-de-Kale departamentində baş verdiyi bildirilir.

76 yaşlı sürücü əyləc pedalını qaz pedalı ilə qarışdırdıqdan sonra idarəetməni itirib. Nəticədə 11 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

23.04.2023 13:50
286