Fransada pensiya yaşının 64-ə yüksəldilməsi təklifinə qarşı ölkə daxilində keçirilən nümayişlərdə saxlanılanların sayı 243-ə yüksəlib.
Musavat.com xəbər verir ki, aksiyalar zamanı çəkilən bu görüntülər ölkə gündəmini qarışdırıb.
Şəhərdə baş verənlərə səssiz qalan onlarla insanın yeməklərini yeməyə davam etdiyi anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.
Sözügedən görüntülər sosial mediada da geniş müzakirələrə səbəb olub.
Musavat.com