Fransada 3 terror aktının qarşısı alınıb

Fransanın kəşfiyyat xidmətləri Parisdə keçirilən Olimpiya Oyunları zamanı üç terror aktının qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə Franceinfo radiostansiyasına Fransanın antiterror prokurorluğunun rəhbəri Olivye Kristen məlumat verib.
İlk hücum Olimpiya turnirinin bir neçə futbol matçının keçirildiyi Sent-Etyen şəhərindəki Geoffroy Guichard stadionunun ərazisindəki barlara planlaşdırılmışdı. İlkin araşdırmada 18 yaşlı çeçen əsilli gəncə qarşı cinayət işi açılıb və mayın sonunda həbs edilib.

İkinci hücum yarış zamanı Parisdəki “İsrail qurumlarını və ya İsrail missiyalarını” hədəfə alıb. Bununla belə, İsrail idmançıları terrorçuların hədəfi olmayıb", Kristen qeyd edib.

Sonuncu terror aktı isə Jirondadan olan iki kişi tərəfindən Olimpiya Oyunları zamanı üçün planlaşdırılıb. "Bu hücumları planlaşdıran hər kəs həbs edilib”, - deyə Kristen əlavə edib. Nəticədə biri azyaşlı olmaqla, beş nəfərə qarşı ittiham irəli sürülüb.

 

Nigar,
Musavat.com

11.09.2024 22:47
251