Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiya və Avropa üçün təhlükəsizlik arxitekturasının qurulmasının vacibliyini bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Le Monde qəzetinə verdiyi müsahibədə danışıb.
“Rusiya tarixdə olub, var və bundan sonra da olacaq”,-deyə nazir müsahibəsində qeyd edib.
Kolonna Rusiyanın Avropa qitəsinin böyük bir hissəsini işğal etdiyinə də diqqət çəkib.
Lakin onun fikrincə, "Hər kəsin sabitlik maraqları naminə Moskva ilə etibarlı təhlükəsizlik sisteminin yenidən qurulması üçün hansısa bir yol tapmaq lazımdır".
Musavat.com