Fransa və Çin liderləri Fələstin dövlətinin yaradılmasına çağırır

Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması ideyasını müdafiə ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

“İki dövlətin başçıları 1967-ci il sərhədləri daxilində yaşaya bilən, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına çağırıblar”, - deyə telekanal iki ölkə liderlərinin Yaxın Şərqlə bağlı birgə bəyanatına istinad edir.

Qeyd edək ki, bundan ötrü İsrail Fələstinin, Fələstin isə İsrailin mövcudluq haqqını və sərhədlərini tanımalıdır.

Musavat.com

07.05.2024 11:05
481