Fransa öz vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı dərhal TƏRK EDİN!

Fransa öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Fransanın Tehrandakı səfirliyi xəbərdarlıq edərək, bölgədə hərbi eskalasiya riskinin olduğunu açıqlayıb.

Bildirilib ki, Fransa vətəndaşlarına səbəb nə olursa olsun İrana səfər etməmələri də ciddi şəkildə tövsiyə olunub.

Xatırladaq ki, hazırda İranda və regionda gərgin vəziyyət var. Belə ki, 30 iyul tarixində İsrailin həyata keçirdiyi sui-qəsd nəticəsində prezident Məsud Pezeşkianın inauqurasiya mərasiminə gəlmiş HƏMAS lideri İsmayıl Haniyə öldürülüb. Bundan sonra İsrail-İran arasında olası müharibə ehtimalları yüksəlib. İran, İsrail və Livan üzərindən keçən hava nəqliyyatı dayandırılıb. Məhz buna görə də əksər ölkələr öz vətəndaşlarını regiondan və konkret olaraq İran ərazisindən çıxarırlar.

Musavat.com

02.08.2024 17:24
1309