Fransa öz tarixində ən ağır büdcə kəsiri ilə üzləşib

"Fransa öz tarixinin ən pis büdcə kəsirlərindən birini yaşayır".

Musavat.com xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat, maliyyə və sənaye suverenliyi naziri Antuan Arman "France Inter" radiostansiyasının efirində bildirib.

"Bir və ya iki böhran ili istisna olunmaqla, tariximizin ən ağır kəsirləri ilə üzləşmişik. Bu baxımdan vəziyyət çox ciddidir", - o qeyd edib.

Antuan Arman bildirib ki, Fransa iqtisadiyyatı Paris üçün əvvəllər nümunə olan Almaniyadan daha sürətlə inkişaf edir.

Hesablama Palatasının məlumatına görə, 2023-cü ildə Fransada büdcə kəsiri 173 milyard avro təşkil edib. Büdcə kəsirinin ən yüksək səviyyəsi 2020-ci ildə qeydə alınıb və 178,1 milyard avroya çatıb.

Bundan əvvəl baş nazir Mişel Barnier məlumat vermişdi ki, Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.

Musavat.com

24.09.2024 14:13
222