Fransa Milli Assambleyasından növbəti ermənipərəst addım

Fransa Parlamentinin aşağı palatası - Milli Asambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, 1 maddədən ibarət qətnamədə layihə müəllifləri “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə” çağırıblar.

Paralel olaraq Fransa hökumətindən “Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədi ilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsinə nail olmaq üçün səyləri artırmaq” tələb olunub.

Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib.

30.11.2022 22:30
1773