Fransa MAMBA-ları Azərbaycanın üzərinə göndərir: Sərhədə nəzarətlə bağlı ŞOK plan

Fransa Ermənistana yeni hava hücumundan müdafiə sistemləri verməyə hazırlaşır.

İrəvan və Paris arasında imzalanan hərbi müqaviləyə əsasən Fransa Ermənistana GM 200 radarları və “Mistral” hava hücumundan müdafiə sistemləri verir.

Növbəti mərhələdə daha effektli raket sistemlərinin verilməsi gündəmdədir. Fransanın müdafiə naziri Sebastyan Lekornu da İrəvana səfəri zamanı bunu açıqlamışdı.

Məlumatlara görə, Fransa növbəti mərhələdə Ermənistanı “Crotale” və “Roland” sistemləri, eyni zamanda, SAMP/T sistemləri ilə təmin edə bilər.

“Cratole NG” 20 kilometr məsafədə hava təhlükələrini aşkar etmək qabiliyyətinə malikdir. O cümlədən, 13 kiloqram ağırlığı olan döyüş başlığı ilə təchiz edilib. 11 kilometr məsafədə hava hədəflərini vura bilir. Bu sistemlər modernləşdirilərək, NATO standartlarına uyğunlaşdırılıb.



“Roland” yer-hava raket sistemidir (SAM). Bu sistemlər minimum 500 metr, maksimum 6300 metr hava məkanında 20 metrdən 5500 metrə qədər yüksəliklərdə uçan hava hədəflərini vurmaq qabiliyyətinə malikdir. “Roland” ABŞ ordusunun xaricdən aldığı nadir sistemlərdən biridir.

SAMP/T Aster 30 sistemlərinə Fransa ordusu tərəfindən MAMBA ləqəbi verilib. 8 raket başlığı daşıyan bu sistemlər 50 metrdən 20 kilometrə qədər yüksəkliklikdə hədəfləri tutmaq qabiliyyətinə malikdir.

Fransa bu raket sistemlərini “müdafiə” adı altında Ermənista ordusunun hərbi arsenalına daxil edəcək. Şübhəsiz ki, bu sistemlər Azərbaycanla sərhəd bölgəsində yerləşdiriləcək. Sistemlərin işləməsi prosesinin də Fransa hərbçiləri tərəfindən həyata keçiriləcəyi bəllidir. Belə görünür ki, Fransa bu sistemlər vasitəsilə Azərbaycan sərhədinə nəzarət etməyi planlaşdırır. (Publika.az)

28.02.2024 10:09
4751