Fransa SEZAR özüyeriyən artilleriya sistemlərinin tədarükü müqaviləsi çərçivəsində Ermənistana 36 haubitsa verəcək.
Musavat.com xəbər verir ki, bu barədə "Le Figaro" jurnalının redaktor müavini Jan-Kristof Buisson X-dəki mikrobloqunda bildirib.
Buissonun sözlərinə görə, SEZAR özüyeriyən silahları yaxın 15 ay ərzində Ermənistana təhvil verilməlidir.
Xatırladaq ki, ötən həftə Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvan və Parisin Fransanın SEZAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzaladığını açıqlayıb.
Musavat.com