Fransanın xarici işlər naziri Jan-Noel Barrot BMT-də islahatların aparılmasının zəruriliyini bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə "France Info" radiostansiyasının efirində deyib.
“Fransa Braziliya, Hindistan, eləcə də Yaponiya, Almaniya və Cənubi Afrikanın BMT Təhlükəsizlik Şurasında daha yaxşı təmsil olunması üçün təşkilatda islahatların aparılmasının tərəfdarıdır”, - o qeyd edib.
Nazirin sözlərinə görə, bu tədbir BMT-nin qərarlarının daha çox legitim olmasını təmin edəcək.