Fransa Azərbaycana qarşı bunu da etdi – Müharibə... – Polkovnik SENSASİON DETALLARI açıqladı

Xəbər verdiyimiz kimi, Fransa Gürcüstan üzərindən Ermənistana hərbi texnika göndərməyə başlayıb.

Bununla bağlı fotoları “Caliber” yayıb.

SİLAHLAR YENİ.jpg (119 KB)

Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.

Sözügedən duruma münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında qeyd edib ki, Fransanın bu addımı bölgədə gərginliyin artmasına yönəlib.

uzeyir.jpg (309 KB)

Hərbi ekspertin sözlərinə görə, buna başqa ad vermək mümkün deyil:

“Gürcüstan sadəcə tranzitdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili belə bir fikir səsləndirmişdi ki, biz həm Azərbaycana, həm də Ermənistana eyni münasibəti bəsləyirik, yəni biz tərəf ola bilmərik. Poti limanından Ermənistan silahlı qüvvələri üçün “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar göndərilir. Əlbəttə, bu, nəyisə dəyişən deyil. O texnikanın gəlməsi o demək deyil ki, Ermənistan ordusu qısa bir müddətə güc toplayacaq, yaxud da hansısa tapşırıqları yerinə yetirə bilər. Həmin maşınların gətirilməsi deyil, onların öyrənilməsi, təlimlərdə təsdiq olunması üçün xeyli müddət lazım olacaq. Bu, onların seçimidir. Biz də öz işimizi görürük. Azərbaycan olaraq müəyyən silah-sursat alırıq”.

Polkovnik bildirib ki, adətən qonşu, yaxud rəqib dövlətlər bir-birinin texnikasını öyrənəndə həmin avadanlıqlara qarşı hansı addımlar atmaq mümkündür – o haqda düşünürlər:

“Biz lazım olan işləri görürük. “Fransa o silahları verməklə Ermənistanı gücləndirəcək” düşüncəsi yanlışdır. Əlbəttə, belə olmasaydı, daha yaxşı olardı. Fransa bölgədə gərginliyin azaldılması üçün əməli addımlar atsaydı, daha yaxşı olardı. Amma biz unutmamalıyıq, bu, həmin Fransadır ki, 44 günlük savaşımızda bizə qarşı qərəzli mövqe tutmuşdu. Sonrakı dönəmlərdə də Fransanın xarici işlər naziri, prezidenti, Fransa rəsmiləri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdilər. Ona görə də Fransadan ədalətli, bölgə üçün sabitləşdirici addım gözləməyə ümid bəsləməməliyik”.

“Ermənistanın silah-sursat tədarükü növbəti müharibəyə hazırlıqdan xəbər verə bilərmi?” sualına hərbi ekspert belə cavab verib:

“Mən müharibə versiyasını ciddi qəbul etmirəm. Bu, yalnız və yalnız Paşinyanın Rusiyanın təsirindən, caynağından qurtulmaq üçün atdığı addımlardır. Bu gün Fransadan 5-10 texnika alır, sabah Hindistandan alacaq, birisi gün hansısa NATO ölkəsindən silah-sursat alacaq. Ermənistanı da haradasa başa düşürəm. Qəribə səslənməməlidir ki, onlar Rusiyanın caynağından qurtulmaq istəyirlərsə, yaxın dönəmdə - 1-3 ilə 102-ci baza bağlanarsa, öz ərazilərini boş saxlaya bilməzlər. Ona görə çalışırlar ki, müəyyən silah-sursat əldə etsinlər.

PASİK EN SON.jpg (64 KB)

Yaxşı olardı ki, Ermənistan həmin pulları öz əhalisinin sosial ehtiyaclarına yönəltsin. Ancaq revanşist hisslər göstərmək istəyir ki, biz hazırlaşırıq. Onlar hazırlaşırlarsa, biz çoxdan hazırıq. Onlar hələ bir neçə ilə ordunu hazırlamalıdırlar, döyüş qabiliyyətini normal vəziyyətə gətirməlidirlər.

Amma Azərbaycanın bu gün ordusu, komando hərbi hissələri hazır vəziyyətdədir. Bir sözlə, yeni bir müharibə gözləmirəm. Gələcəkdə ola bilsin ki, Ermənistan rəhbərliyində kimlərsə hansısa bir revanşist əhval-ruhiyyəyə düşə bilər. Amma onlar unutmamalıdırlar ki, hər ötən gün Azərbaycan kifayət qədər güc toplayır, müəyyən işləri həyata keçirir. Narahat olmağa dəyməz. Mən bu durumda faciə görmürəm. Amma biz də öz işimizi möhkəm tutmalıyıq”.

Aytən Novruz
Musavat.com

12.11.2023 15:10
4261