Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Kahramanmaraşa gedib

Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyədədir.

APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri Səlcuq Elçin xəbər verir ki, nazir müavini Kahramanmaraşa gələrək, FHN-in şəxsi heyəti ilə görüşüb, tapşırıqlarını çatdırıb.

Daha sonra Etibar Mirzəyev axtarış-xilasetmə işləri aparılan əraziyə gedib.

10.02.2023 11:17
1024