Ötən gecə Göyçay rayonunda ağır yol qəzası baş verib.
Rayonun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüblər. Daha bir sərnişin isə ağır xəsarət alıb.
Bildirilir ki, qəzaya düşən “Kia Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.
X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb. (Qafqazinfo)