Xalq artisti Flora Kərimova həmkarı Niyaməddin Musayevlə dodaq-dodağa yayılan görüntüsündən danışıb.
Flora Kərimova “Xeyirli axşamlar” verilişində bu sözləri deyib: "Deməli, Niyaməddin müəllimin ürəyindən keçirmiş, belə təsadüf olmur (gülür). Fotonu böyüdüb baxıram, həqiqətən də dodaq-dodağa idim. Biabırçılıqdır. Mənə kim zəng edirdisə, hesabat verirdim ki, vallah, fikrim yox idi".
Qeyd edək ki, xalq artistlərinin sözügedən görüntüsü "Zaurla Günaydın” verilişində yayılıb./Teleqraf.com