Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib.
Musavat.com xəbər verir ki, saat 12:45-də başlayan yürüş bir dövrədən ibarət olub.
Müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil yürüşdə nümayiş etdirilib.
Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub.