Flora Kərimovanın səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Xalq artistinin köməkçisi ilə Qafqazinfo saytının əməkdaşı əlaqə saxlayıb.

O, açıqlamasında bildirdi ki, yayılan məlumat tamamilə yalandır:

"Yanlış məlumatdır. Hər şey yaxşıdır. Sadəcə analizlər verib. Bunu adi bir insan da verir. Nə olacaq ki? Qonaqları gəldiyi üçün verilişə qatıla bilməyib. Onlara bildirilmişdi ki, evdən çıxa bilməyəcək. Vəziyyətinin ağır olduğu deyilməyib".

***

Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Zümrüd Bədəlova aparıcısı olduğu "Gün ortası" verilişində deyib.

O, bildirib ki, bu gün F.Kərimova proqramında qonaq olacaqmış. Lakin onun səhhəti ağırlaşdığı üçün efirə gəlib - gəlməməsi dəqiq deyil.

05.11.2024 18:20
4086