Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO

Xalq artisti Flora Kərimovanın 83 yaşı tamam olub.

Dostları Xalq artistini doğum günündə yalnız buraxmayıblar.

Müğənni Rövşən Civişov Xalq artistini bağında ziyarət edib, doğum günü münasibətilə sənətkarı təbrik edib.

Qeyd edək ki, Flora Kərimova 1941-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.

Flora Kərimova 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası (nümunə üçün "Qayınana" filmində "Dilbər"in ariyası), Milli Opera janrının, xalq və bəstəkar mahnılarının və klassik art-estrada (sovet estradası) janrlarının mahir ifaçısıdır.

Sözügedən görüntüləri təqdim edirik:

(Bizim.Media)

26.07.2024 15:30
1160