"Fitch" aprelin 15-dək Rusiya təşkilatlarının reytinqlərini geri götürəcək

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq bütün Rusiya təşkilatlarının və onların bölmələrinin reytinqlərini geri götürmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Agentliyin press-relizində bildirilib.

2022-ci il martın 15-də Aİ ölkələri tərəfindən qəbul edilən dördüncü sanksiyalar paketinin bir hissəsi olaraq, Avropa agentliklərinə Rusiya Federasiyası və Rusiya şirkətlərinə reytinq vermək, habelə Rusiya müştərilərinə reytinq xidmətləri göstərmək qadağandır.

"Reytinqlər aprelin 15-dək - Aİ-nin təyin etdiyi son tarixə qədər geri götürüləcək", - deyə press-relizdə qeyd olunub.

24.03.2022 10:45
403