Firuzə İbadova xəstəxanalıq oldu

Əməkdar artist Firuzə İbadova haqqında yazılan tənqidi şərhlərə reaksiya verib. 

Müğənni qızına ünvanladığı sevgi sözlərinin yanlış anlaşıldığını bildirib.

"Elgizlə izlə" proqramına zəng edən ifaçı yazılan şərhlərin onu xəstəxanalıq etdiyini deyib:

"Gözləməmişəm kimsə mənə pul uzatsın, acgözlüklə onu alım. Mən uşaqlarım üçün yaşayıram. Bir qızım və bir nəvəm var. Bütün günü xəstəxanada qaldım. Utanırdım, sakitləşə bilmirdim".

Qeyd edək ki, ifaçı verilişdə qızına sevgi dolu sözlər deyib. Bu isə sosial şəbəkədə tənqid olunub. Belə ki, videoda Firuzə İbadovanın qızının adını çəkməsi kəsilərək, onu əks cinsin nümayəndəsinə ünvanlayırmış kimi təqdim edilib. (Axşam.az)

31.03.2024 20:24
2012