Türkiyənin Muğla şəhərində 1700 metrlik uçuş-enmə zolağından tək və qoşa tullanmalar həyata keçirən paraşütçülər bölgədəki fırtına səbəbindən çimərlik yerinə çimərlik, dağlıq, meşəlik və yaşayış massivlərinə məcburi eniş ediblər.
Musavat.com xəbər verir ki, hadisə zamanı bəzi paraşütçülərin yıxılaraq yaralandığı bildirilib.
Hadisədən sonra paraşütçülərin olduğu bölgələrə təcili yardım, xilasetmə, jandarma və polis qrupları göndərilib. Eniş zamanı yıxılaraq yaralanan paraşütçülərin xəstəxanaya aparıldığı, qrupların bölgədə axtarış-xilasetmə işlərinə davam etdiyi öyrənilib.
Musavat.com