Çelyabinsk vilayətinin Miass şəhərinin sakini onu vətənə xəyanətdə və terrorizmi maliyyələşdirməkdə ittiham edən fırıldaqçılarla əlaqə saxladıqdan sonra bütün əmanətlərini fırıldaqçılara verib və külli miqdarda kredit götürüb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miass fabriklərindən birinin 43 yaşlı qadın işçisi hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, hazırda naməlum şəxslər onun adına mənzili girov götürərək kredit müqaviləsi sənədləşdirməyə çalışırlar.
Məlum olub ki, o, bir neçə gün fırıldaqçılarla ünsiyyətdə olub. Onlar rus qadını əmanətlərinin təhlükə altında olduğuna inandırıblar. Zəng edənlər zərərçəkmişin dövlət xidmətləri portalındakı şəxsi kabinetinin kodunu könüllü olaraq terrorçulara verdiyini və hesablarında şübhəli əməliyyatlar aparıldığı üçün onu beynəlxalq cinayətkarlarla əlbir olmaqda ittiham ediblər.
Qorxmuş fabrik işçisi əmanətlərini çıxarıb, bir neçə bank krediti götürüb və bütün pulları “seyf hesablara” köçürüb. Ümumi ziyan 2,5 milyon rubl təşkil edib. Xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Onu da qeyd edək ki, son zamanlar Rusiyada bu kimi fırıldaqçılıq yayğınlaşıb.
Musavat.com