Finlandiya Xarici İşlər Nazirliyi avqustun 1-dən etibarən Sankt-Peterburqda Finlandiya vizalarının verilməsi üçün müraciətlərin qəbulunu dayandıracağını açıqlayıb.
Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə diplomatik departamentin saytında dərc olunmuş məlumatda deyilir.
“Finlandiyanın Sankt-Peterburqdakı ofisi 2023-cü il avqustun 1-dən viza və yaşayış icazəsi üçün müraciətləri qəbul etməyəcək”, - deyə açıqlamada bildirilir.
Həmçinin, sentyabrın 1-dən Finlandiya Rusiya Federasiyasında işləməsi üçün icazənin ləğvi ilə əlaqədar Sankt-Peterburqdakı baş konsulluğunda müştərilərə xidmət göstərməyi dayandıracaq.
“İyulun 6-da Rusiya Finlandiyanın Sankt-Peterburqdakı baş konsulluğunun 2023-cü il oktyabrın 1-dən bağlandığını elan edib, bununla əlaqədar olaraq, sentyabrın 1-dən müştərilərə xidmət dayandırılıb”, - nəşr yazır.
Sentyabrın 1-dən Moskvadakı səfirlik immiqrasiya və viza məsələləri ilə məşğul olan yeganə qurum olacaq.
Bundan əvvəl Finlandiyanın 2023-cü il oktyabrın 1-dən etibarən Rusiyanın Turkudakı baş konsulluğunun işinə verdiyi razılığı geri götürmək qərarına gəldiyi bildirilirdi.
Musavat.com