Finlandiya və Estoniya dəniz müdafiəsi sahəsində əməkdaşlığı artırır və Rusiya donanmasının Finlandiya körfəzində hərəkətini qadağan etmək üçün daha konkret planlar hazırlamalıdırlar.
Musavat.com xəbər verir ki, bu fikri “Helsingin Sanomat” qəzetinə müsahibəsində Estoniya müdafiə qüvvələrinin komandanı Andrus Merilo deyib.
“Bu qonşunun problemidir ki, əsasən NATO üzvü olan ölkələr Finlandiya körfəzinə tam nəzarət edir. Dəniz müdafiəsi Finlandiya və Estoniyanın əməkdaşlığını artırmağa davam edəcək bir şeydir və bəlkə də, lazım gələrsə, Baltik dənizində düşmənin fəaliyyətini tamamilə qadağan etmək üçün daha konkret planlar hazırlaya bilərik. Hərbi cəhətdən bunu etmək olar, biz bunu etməyə hazırıq və bu istiqamətdə irəliləyirik”, – Merilo bildirib.
Nəşrin jurnalistləri bunun hansı şəraitdə baş verə biləcəyinə aydınlıq gətiriblər.
“Finlandiya körfəzinin bağlanması strateji baxımdan təhlükəsizlik şəraitindən asılıdır. Əgər təhlükə və zərurət yaranarsa, biz özümüzü qorumaq üçün bunu etməyə hazırıq”, - deyə baş komandan cavab verib.
Musavat.com