Finlandiya Rusiya ilə sərhədi bağlayır

Finlandiya Rusiya ilə sərhədi bağlamağa hazırlaşır. 

Musavat.com xəbər verir ki, bu barədə Finlandiyanın MTV3 telekanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhədi tamamilə bağlamaq üçün qanun layihələri hazırlayır.

Bundan əvvəl Finlandiyanın baş naziri Petteri Orpo qaçqınlarla bağlı vəziyyətlə əlaqədar Rusiya ilə sərhəddə 4 keçid məntəqəsinin bağlandığını açıqlamışdı. 

 

Musavat.com

18.11.2023 02:06
453