“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub

Daim Bakıda və bölgələrdə sosial layihələrə dəstək olan “Final çay” yenə maraqlı bir layihəyənin dəstəkçiləri sırasındadır. 

Musavat.com xəbər verir ki, Füzuli şəhərində 15-18 avqust tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən “Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı.

Tədbir günlərində tanınmış mədəniyyət və incəsənət xadimləri ustad dərsləri keçib və iki böyük konsert təşkil olunub.

Uşaqlar "Füzulidə yay məktəbi" layihəsi çərçivəsində bir çox mövzularda həm maariflənib, həm çox əylənib, həm də yeni insanlar tanıyıb.

Bir neçə gün davam edən tədbirdə qonaqları əsrarəngiz dadı və qoxusu ilə əsl Şri Lanka çayı olan “Final” çay müşayiət edib. Xüsusilə “Final çay”ın Çaybulans maşını gələn qonaqları pürrəngi çayla təmin edib.

Qeyd edək ki, 30 ilə yaxındır ki, istehlakçılara təqdim edilən "Final çay" artıq bir klassikaya çevrilib. Müasir texnologiyaların tətbiqi ilə istehsal edilən bu marka yüksək keyfiyyəti ilə hər kəsin sevimlisi olmağa davam edir.

“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub

“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub

“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub

“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub

“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub

 

21.08.2024 11:51
198