Fin körfəzində qayıq batıb.
Musavat.com xəbər verir ki, bu barədə Finlandiyanın Nəqliyyat üzrə Qərb Regionlararası istintaq idarəsi məlumat yayıb.
Kiçik qayığın göyərtəsində 9 nəfərin olduğu, onların hamısının xilas edilərək sahilə çıxarıldığı bildirilir. Bir sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib, daha sonra xəstəxanada ölüb.
Versiyalardan birinə görə, insident qayığın texniki nasazlığı səbəbindən baş verib.
Musavat.com