Filippinin Kezon əyalətində Real limanına gedən “Roro Mercraft” sərnişin gəmisi yanıb.
Bu barədə Filippin Sahil Mühafizəsindən bildirilib.
Məlumata görə, faciə nəticəsində beşi qadın olmaqla azı yeddi nəfər həlak olub, altı nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Müxtəlif mənbələrə görə, göyərtədə 142 sərnişin olub.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Mənbə: CNN Philippines