Rusiyanın Voloqda vilayətinin rəhbəri Georgi Filimonov həftə içi spirtli içkilərin satışını gündə iki saat: saat 12:00-dan 14:00-a qədər məhdudlaşdıran qanun layihəsi hazırlayıb.
Musavat.com xəbər verir ki, qubernator bunu "Voloqda vilayəti və Rusiyanın şimalının məhv olmaq üzrə olması" ilə izah edib.
Filimonov özünün Telegram kanalında bölgə sakinləri arasında ölüm hallarının 71%-nin spirtli içkilərlə bağlı olduğunu iddia edib. Onun sözlərinə görə, il ərzində Voloqda vilayətinin əhalisi 7,5 min nəfər azalıb. Lakin son 4 ildə alkoqollu supermarketlərin sayı üç dəfə artıb.
Qeyd edək ki, Rusiyada çar dövründən bu yana spirtli içkilərlə mübarizə kampaniyaları bir qayda olaraq uğursuzluğa düçar olub.
Musavat.com