Fidan Əliheydər vəzifəyə təyin olundu

Azərlotereya ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub.

Musavat.com Valyuta.Az-a istinadən xəbər verir ki, bu post tanınmış jurnalist Fidan Əliheydərə həvalə olunub.

Əvvəllər müxtəlif televiziya kanallarında çalışan Fidan Əliheydər yaşam koçu və kitablar müəllifi kimi tanınır.

Fidan Əliheydər Azərlotereya ASC-də mətbuat katibi təyin olunana qədər isə həmin qurumun media ilə koordinatoru vəzifəsində çalışıb.

03.02.2024 16:16
2451