Fövqəladə Hallar Nazirliyi səhər saatlarında baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət qeydə alınmayıb.
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda deyilib.