FHN Kahramanmaraşda mobil səhra hospitalı quraşdırır - FOTO

Fövqəladə Hallar Nazirliyi Kahramanmaraşda mobil səhra hospitalı quraşdırır.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, mobil səhra hospitalı artıq Kahramanmaraşa çatıb.

Hospital burada AFAD-ın Təhsil və Qonaqlama Mərkəzində quraşdırılacaq.

Burada 41 nəfər həkim heyəti fəaliyyət göstərəcək.

08.02.2023 10:52
924