FHN əməkdaşları Bakıda lüks maşını yanmaqdan qorudu - VİDEO

Paytaxtın Nəsimi rayonu, Nizami küçəsi 196 ünvanında avtomobil sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 150 kvadratmetr olan avtomobil təmiri sexində 1 ədəd divan və taxta qırıntıları yanıb.

Sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil (“Chevrolet” və “Maserati”) yanğından mühafizə olunub.

Yanğın FHN əməkdaşları tərəfindən qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

20.02.2023 21:19
494