Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.
***
Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib.
"Unikal"ın məlumatına görə, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib.
1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.