FHN: Biləsuvarda ölən şəxs nazirliyin əməkdaşı deyil - YENİLƏNİB

Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs - 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.

Musavat.com xəbər verir ki, bu barədə FHN-dən "Report"un sorğusna cavab olaraq bildirilib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

20:22

Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.//Report

***

19:06

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

Hadisə Səmədabad kəndində qeydə alınıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır.//Report

27.07.2024 22:22
1957