"Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır".
Musavat.com xəbər verir ki, bunu report-a fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
"Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda orada 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib".
"Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var", - o, əlavə edib.