Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.
Musavat.com xəbər verir ki, həmin siyahıya görə 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin lideri Günay Ağamalıdır.
Günay Ağamalının adı hələ seçkidən öncəki dövrdə mətbuatda, sosial şəbəkələrdə çox hallandı.
O, 60 saylı Salyan-Neftçala seçki dairəsindən 6 dəfə deputat olan Fəzail Ağamalının qızıdır. Elə adının da gündəmə gəlməsi bununla bağlı idi.
Günay Ağamalı atasının sədri olduğu Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir. Günay Ağamalı həm də özəl bağçalardan birinə rəhbərlik etməsi ilə daha öncə gündəmə gəlmişdi.