"Feyk-nyus"un toruna düşməmək üçün nə etməli - debat

 

Onlayn media və sosial şəbəkələrdə təxribatçı qruplar, məkrli missioner dairələr, İP “həvəskarları”, ucuz, pulsuz reklam məqsədi güdənlər çox asanlıqla – saxta, həyəcan, təşviş yaradan xəbərlərlə (fake news) kütlələrə təsir edə, diqqəti özlərinə cəlb edə və ya hədəfdən, doğru xəbərdən, reallıqdan yayındıra bilirlər.
Hazırda dünyada geniş şəkildə istifadə olunan “silahlardan” biri də məhz budur. Bəzən biz ölkəmizdə bir saxta xəbərin toruna böyük kütlələrin düşülməsi səbəbindən ciddi narahatlıqların, hətta bəzən keçici çaxnaşmaların yaranmasının şahidi oluruq. Qarşıda isə bu kimi təxribatların daha da intensivləşə biləcəyinə dair ekspertlər həyəcan təbili çalır...
“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Saxta xəbər torundan necə qorunaq - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində bu yöndə maarifləndirici debat ərsəyə gətirib. Birliyin icraçı direktoru, layihə rəhbəri Elşad Məmmədli ilə tanınmış jurnalist, saxta xəbərlə mübarizədə xüsusi bacarlq və təcrübəsi olan Sənan Nəcəfov bu mövzuda müzakirə aparıblar.
Musavat.com Musavat.TV-də yayımlanmış həmin verilişi təqdim edir:

Link: https://www.youtube.com/watch?v=JhSXuHLeT_k

 

09.10.2023 11:13
755