Fəxrəddin Manafovdan "Təhminə" ilə bağlı ETİRAF - Video

"O üz" proqramının qonağı olan Xalq artisti Fəxrəddin Manafov duyğulu anlar yaşayıb. 

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, verilişdə aktyor üçün "Təhminə və Zaur" filmindən xatirələr təqdim edilib.

"Təhminə" obrazına girən xanımı görən Manafov dünyasını dəyişən Vahidə Sadıqovanı xatırlayıb:

"Məni keçmişə apardı. Amma filmi deyil, indi başqa və gözəl bir dünyada yaşayan həyat dostum, 48 il birlikdə olduğumuz həyat yoldaşımı... O da televiziyada çalışırdı, aparıcı idi. "Təhminə" filmində qəribə anlar var idi. Mən də evdə otururdum, gözləyirdim ki, axşam gedib qarşılayacağam. Mən çəkilişdə olanda atam gedib qarşılayırdı". 

21.11.2022 14:54
1310