Fəxrəddin Altun Hikmət Hacıyevə təşəkkür edib

“Dəyərli qardaşım Hikmət Hacıyev. “Bir millət iki dövlət” devizi ilə siz dəyərli azərbaycanlı qardaşlarımızla hər sahədə əməkdaşlıq və həmrəyliyimizi davam etdirəcəyik.

Kommunikasiya və dezinformasiyaya qarşı mübarizə bu sahələr arasında ən mühümlərindəndir. Ümidvaram ki, Azərbaycanla yan-yana, çiyin-çiyinə apardığımız həqiqət uğrunda mübarizə sizin varlığınızla daha da güclənəcək”.

APA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə cavabında bildirib.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin dezinformasiya ilə mübarizədə Azərbaycana dəstək verəcəyini bildirib.

Fəxrəddin Altun, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək, onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.

27.01.2024 04:04
542