Fevral ayında Primorsk limanında (FOB) Rusiyanın Urals markalı neftinin bir bareli Brent etalon markasından 17,68 dollar aşağı satılıb.
Musavat.com İnterfaks Agentliyinə istinadən xəbər verir ki, bu, yanvar ayındakı 18,34 dollarlıq endirimlə müqayisədə 66 sent aşağıdır.
Fevralda Primorskda Urals neftinin qiyməti yanvardakı 61,92 dollarla müqayisədə 66,23 dollara yüksəlib. Novorossiysk limanında bu neftin Brentlə müqayisədə endirimi yanvardakı 17,89 dollardan fevralda 17,45 dollara qədər azalıb və ötən ay 62,36 dollar olan orta qiymət yanvarda 66,45 dollar təşkil edib.
Ümumilikdə, fevralda Urals neftinin orta qiyməti təxminən 66,3 dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 6,7 faiz çoxdur. Brent nefti ay ərzində 4,5 faiz bahalaşıb.
“Argus”un məlumatına görə, Hindistan limanlarında (DAP West Coast India) Rusiyanın Urals neftinin qiyməti fevralda yanvardakı 76,46 dollarla müqayisədə 80,11 dollara qədər artıb, Brentlə müqayisədə endirim isə yanvar səviyyəsində qalıb - bir barel üçün 3,8 dollar.
Kozmino limanından satılan Rusiya neftinin digər çeşidi ESPO markalı neftin qiyməti yanvardakı 73,62 dollarla müqayisədə fevralda 76,52 dollara, endirim isə yanvarda 4,39 dollardan fevralda 3,63 dollara düşüb.
Musavat.com