ABŞ kəşfiyyatı hesab edir ki, İranın ali dini lideri ayətullah Əli Xamneyi 2003-cü ildə verdiyi, nüvə silahının hazırlanmasını qadağan edən fətvanı ləğv etmək qərarına gəlməyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ milli kəşfiyyat direktorunun ofisinin rəsmi nümayəndəsi məlumat verib.
“Biz inanırıq ki, ali dini lider İranın 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etmək barədə qərar qəbul etməyib”, - o, “Röyter” agentliyinə deyib.
Qeyd edək ki, beynəlxalq mediada İranın 6 həftəyə 10 ədəd nüvə bombası yarada biləcəyi barədə informasiyalar dolaşır.
ABŞ kəşfiyyatı isə həmin bombaların İran rəhbərinin rəsmi fətvası olmadan da hazırlana biləcəyi ehtimalını nəzərdən keçirmir.
Prinsipcə, 2003-cü ildə verilən fətvanı ləğv etmədən də nüvə silahı düzəltmək barədə qərar qəbul etmək olar. Ancaq görünür, ABŞ tərəfinin əlində hansısa səhih informasiyalar var.
Musavat.com