FETÖ-dən qovulan keçmiş polis məmuru İNTİHAR ETDİ

Türkiyənin Samsun şəhərində 2 ay əvvəl FETÖ-dən qovulan keçmiş polis məmuru Oğuz Doğan özünü yaşadığı evin 8-ci mərtəbəsindən ataraq intihar edib.

Musavat.com xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Oğuz Doğanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə dünən axşam saatlarında Samsunun Atakum səmtinin Atakent rayonunda baş verib. 

Oğuz Doğanın evli və uşaq sahibi olduğu, FETÖ-dən qovulduqdan sonra daşınmaz əmlak biznesinə girdiyi bildirilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

FETÖ'den İhraç Edilen Polis Memuru Oğuz Doğan İntihar Etti

FETÖ'den İhraç Edilen Polis Memuru Oğuz Doğan İntihar Etti

29.10.2024 16:20
467