Ferrari 3,9 milyon dollarlıq modelini təqdim etdi

Ferrari 1183 at gücünə malik hibrid superkarı F80-i təqdim edib.

Lent.az xəbər verir ki, istehsalı 799 ədədlə məhdudlaşdırılan F80, İtaliyada 3,6 milyon avrodan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Yeni Ferrari F80 F40, F50, Enzo və LaFerrari kimi əfsanəvi modellərin izinə düşərək yeni flaqman superkar kimi ortaya çıxıb.

F80 1987-ci ildə istehsal olunan F40-dan sonra V-12 mühərrikindən istifadə edilməyən ilk Ferrari superkarıdır.

Daha az silindrə malik olmasına baxmayaraq, F80-in 3,0 litrlik V-6 turbomühərrikli benzin mühərriki 887 at gücü hasil edir. Bu, litr başına 296 at gücü deməkdir və Ferrari üçün rekorddur.

Elektrikli ön ox və arxa elektrik mühərrikindən ibarət hibrid sistem 296 at gücü əlavə edərək ümumi gücü təxminən 1200 at gücünə çatdırır.

F80 həm də Ferrari-nin ilk tam elektrik avtomobilinin xəbərçisidir. 2025-ci ilin sonunda təqdim ediləcək elektrik modelindən əvvəl F80-də istifadə edilən üç elektrik mühərriki (ikisi ön oxda, biri arxada) Ferrari tərəfindən Maranellodakı fabrikdə işlənib hazırlanmış, sınaqdan keçirilmiş və istehsal edilmiş ilk elektrik mühərrikləridir.

F80-in hibrid sistemi 2,3 kilovat-saat tutumu və maksimum gücü 242 kilovat olan 800 voltluq akkumulyatora malikdir.

F80 0-dan 100 km/saata qədər sürəti 2,15 saniyəyə yığır və maksimal sürəti 350 km/saat təşkil edir.

21.10.2024 02:08
1941