Fərda: "Zaurun kompleksi var, başqa verilişə gedə bilmir"

Aktyor Fərda Xudaverdiyev və Elməddin Cəfərov aparıcı Zaur Kamalın verilişlərə getməməsindən danışıb. 

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, Fərda Zauru proqramına çağırdığını, amma onun gəlmədiyini söyləyib:

"Verilişə getmirsən, kompleksin var. Hiss edirəm ki, çəkinirsən, gedə bilmirsən. O qədər adama o qədər pislik etmisən ki... Başqa verilişdə ola bilmirsən".

Zaur isə ona "İkisi də dəvət edib, getməmişəm. Başqa efirdə öz qabımda olmuram, gedib nə edəcəyəm?" cavabını verib. 

21.01.2023 21:32
1388