Fərda Xudaverdiyevdən aparıcılara QADAĞA

Yumor ustası Fərda Xudaverdiyev "Tarixin bir günü" verilişində qonaq olub.

O, aktyor Elməddin Cəfərovla aralarındakı gərginliklə bağlı sualı cavablayıb. Fərda bununla bağlı aparıcılara qadağa qoyub:

"Elməddinin konsertində iştirak etməmişdim. Aramızda soyuqluq yaranan dostlarımızla əlaqə saxlamağa çalışdım ki, yeni-yeni efirə ayaq açanlar kimi burada həll etməyək. Aramızdakı bağları qoparmamaq üçün onlara bir-bir zəng vurdum. Allah şahiddir. Bu, yaşanan xatirələr hörmətdir. Dəfələrlə zəng etdim, amma cavab ala bilmədim. Bütün aparıcılardan tələb edirəm, olmadığım məkanlarda həmkarlarıma məndən sual verməyin".   (Axşam.az)

20.04.2025 16:44
675